Deputat:

Deputat: "Ordunu məqsədyönlü şəkidə gözdən salmaq istəyənlərin niyyəti bəllidir"

"Ordunu məqsədyönlü şəkidə gözdənsalmaq istəyənlərin niyyəti bəllidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Fazil Mustafa son illər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra bir qrup şəxsin ordu rəhbərliyinə qarşı hücuma keçməsindən danışarkən deyib. 

Deputat qeyd edib ki, ordu məsələsində diqqətli olmaq lazımdır:

"Ordunu qorumaq bir mənəvi vəzifə olaraq vətəndaşların üzərinə düşür. Orduda müəyyən şəffaf mexanizmlər də olmalıdır. Korrupsiya və hər hansı bir şəkildə təxribat elementləri cəmiyyətin müəyyən dərəcədə nəzarəti altında olmalıdır. Çünki indiyə kimi bu mövcud olub. Müəyyən korrupsiya məsələləri, zabitlərin gözdən salınması, sıradan çıxarılması və başqa məsələlər olub. İctimai nəzarət olmayanda bu məsələlərdə ölkəmiz üçün daha təhlükəli nəticələr ortaya çıxır. Ona görə də birinci növbədə düşünməliyik ki, ordunu gözdən salan hər hansı addımlar atılmasın. 

İkinci isə müəyyən bilgilərin şəffaflığı norması vacibdir ki, orduda neqativ hallar baş alıb getməsin, ordunun daha da zəiflədilməsinə gətirib çıxatmasın. Ona görə də bu iki balansı doğru qurmalıyıq. Bu baxımdan ordunu məqsədyönlü şəkidə gözdən salmaq istəyənlərin niyyəti bəllidir. Ürəyi yanaraq müəyyən dərəcədə proseslərin zərərə işləməməsi üçün çalışan insanlar var. Onların da rəylərini, fikirlərini nəzərə almaq lazımdır”.

Ordu ilə bağlı mövzuların bu cür açıq şəkildə müzakirə edilməsi məsələsinə gəlincə Fazil Mustafa deyir ki, bu, mövzulardan asılıdır:

"Baxır hansı mövzular. Döyüş xətti və başqa məsələlərdə təbii ki, bu doğru deyil. Amma orduda hər hansı bir xəyanətkar varsa, hansısa bir konkret fakta görə əməliyyatın pozulmasında rolu olan şəxs varsa, yaxud da müəyyən dərəcədə müvafiq orqanların əli ilə Azəraycanın Ordusunda olan vətənpərvər, savadlı kadrlar sıradan çıxarılırsa, buna insanlar niyə münasibət bildirməsin? Ölüb gedəndən sonra qiymət verməliyik? Ona görə də bu məsələdə, məncə, hansısa bir əməliyyat yoxdursa, qalan məsələlərdə neqativ hallar varsa, bu, təsdiqini tapırsa, onu söyləməkdən çəkinmək doğru deyil”.

Deputat hesab edir ki, Milli Məclisin ordu üzərində nəzarət mexanizmi təsbiq olunmalı və işləməlidir: 

"Bu olarsa, kənarda ordu ilə bağlı məsələnin müzakirəsinə həm ehtiyac qalmayacaq, həm də imkan verilməyəcək”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR