Deputat toyları iki hissəyə bölməyi təklif etdi

Deputat toyları iki hissəyə bölməyi təklif etdi

"Toylarla bağlı verilən qərar narahatedici məsələdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. Deputatın fikirincə, gələcəkdə Operativ Qərargahın toylarla bağlı verilən qərarında göstərilən şərtlərdə müəyyən dəyişikliklər ola bilər:

"Mən tövsiyyə edərdim ki, toyu iki hissəyə bölsünlər. Əgər istəyirlərsə ki, toylarda çox adam olsun, birinci hissə başa çatandan sonra ikinci hissəyə qonaqlar dəvət olunsun. Bununla da qonaqlarını sayını müəyyən qədər əhatə etmək olar. Qonaqlardan COVİD-19 pasportu tələb olunacaq, çətindir. İnsanlar narahat olacaq. Amma buna da şükür edək”.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR