Ölkə 09:54 21.10.2021

Deputatla sabiq deputat arasında gərginlik son həddə çatdı

Deputat Etibar Əliyevlə sabiq deputat Nazim Bəydəmirli arasında ciddi mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, mübahisəyə səbəb Nazim Bəydəmirlinin "Facebook"da Etibar Əliyevin adından yayılan "müəllimlər saxta COVID-19 pasportu alıb…” iddiasını paylaşaraq, onu ittiham etməsi olub.

Nazim Bəydəmirlinin paylaşımından qəzəblənən Etibar Əliyev ona sərt cavab verib.

"Yenidən fikirlərim təhrif olunub. Mən heç bir kütləvi informasiya vasitəsinə konkret olaraq deməmişəm ki, "müəllimlər saxta COVID-19 pasportu alıb…”. Bir debil keçmiş deputat var: Nazim Bəydəmirli. Yarımçıq adamdır. Biz tərəfdə belə adama ifləmə də deyirlər. Bu debil mənim adımdan demədiyim bir fikri paylaşıb. Sonra ona ağlına uyğun yönüm verib. Bu debilin hələ bir sözünü xatırlayan yoxdur. Başına da özü kimi debilləri toplayıb. Ara qarışdırmaq üçün əlinə fürsət düşüb. Təhrif olunmuş fikrimi paylaşıb, ünvanıma təhqiramiz ifadələr təşkil elətdirir”,- deyə Etibar Əliyev qeyd edib.

Nazim Bəydəmirlinin də ona cavabı gecikməyib:

"Etibar Əliyev adlı deputat bu gün öz tərbiyəsinə uyğun, məni publik olaraq təhqir edib, təbii ki, "Azərbaycan Respublikasının Milli Məclisinin deputatının etik davranış qaydaları”nın 4-cü bəndinə zidd davranışına görə bu gün Milli Məclisin Sədrinə və İntizam Komissiyasına müraciət yolladım.... Baxaq görək deputata hər hansı bir irad bildirəcəklər ya yox?

Bu onun birinci dəfəsi deyil, mənə qədər də başqa insanların ünvanına səsləndirdiyi, küçə uşaqlarının jarqonuna uyğun sözlərlə "bəzədiyi" ən azı 5-6 belə təhqirlərinə rast gəlmişəm... Milli Məclis adına ayıbdır, ayıb!”

Tərəflərin mübahisəsi sosial şəbəkədə müzükirələrə səbəb olub. Müzakirələrə qoşulanlardan bəziləri birincini, bir qismi ikincini müdafiə edib.