Xəbər lenti

İdman 21:38 03.07.2025

"Sabah" ikinci yoxlama matçında da heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" futbol komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi "Pakş”la üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

"Sabah" ilk yoxlama matçında Rumıniyanın "Rapid" komandası ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->