Sağlamlıq 09:43 09.04.2021

Dərd gerçəkdən insanı tez qocaldırmış... - Translational Psixiatriya

Kaliforniya Universiteti böyük depresiv xəstəliyi (BDX) olan insanların DNT-də artan epigenetik dəyişiklik səviyyəsinə həssas olduqlarını sübut edib. Alimlər onlarda hüceyrələrin yaşlanmasının sürətləndiyini və erkən ölüm riskinin yüksək olduğunu qeyd ediblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat nəticələri "Translational Psychiatry” jurnalında dərc edilib.

Tədqiqatda 49 nəfər BDX pasiyent iştirak edib. Metilasiya səviyyəsini təyin etmək üçün qan testi aparlıb. Yaşa dolduqca DNT metilasyonu dəyişir, bu da bir insanın bioloji yaşını təyin etmək imkanı verir. Nəticələr depressiyalı insanların 60 nəzarət qrupundakı sağlam insanlara nisbətən hüceyrə yaşının daha yüksək olduğunu göstərib.

Elmi işdə GrimAge riyazi alqoritmindən istifadə edilib ki, onun vasitəsilə bir insanın nə qədər ömrü qaldığını hesablamaq mümkündür. Depressiv xəstəliyi olan insanlar sağlam insanlardan daha çox ölüm riski altındadır. Qeyd etmək lazımdır ki, BDX olan insanların üzü daha yaşlı görünməyib, kənar yaşla əlaqəli patologiyaları müşahidə edilməyib. Ancaq eyni zamanda metilasyon qaydaları piylənmə və ya siqaret çəkən insanlarla müqayisədə daha sürətlənmiş qocalma göstərib.

ÜST-ə görə, dünyada təxminən 300 milyon insan BDX-dən əziyyət çəkir. Əvvəlki tədqiqatlar bu xəstəliyi diabet, Alzeymer və ürək-damar xəstəlikləri ilə əlaqələndirib.
 
Alpər