Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı kardioloji tibbi sərf materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Arash Medical Company” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 417 995,24 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
2019-cu ilədək "Arash Medical Company" şirkətinin təşkilati-hüquqi forması MMC olub. Həmin ildən etibarən isə şirkət Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilib.
"Arash Medical Company" QSC-nin keçmiş spiker Oqtay Əsədova bağlı şirkət olduğu barədə iddialar var. Bu iddialara səbəb 2015-ci ilədək şirkətin qanuni təmsilçisi olmuş Əsədov Cavid Bəxtiyar oğluna görədir. İddia olunur ki, həm də şirkətin təsisçi olan bu şəxs Oqtay Əsədovun qohumudur.
"Arash Medical Company" QSC adətən iri məbləğli tenderlərin qalibi seçilir. Bu tenderlər tibbi avadanlıqların satın alınması ilə bağlı olur.
Seyid
Şərhlər