Ölkə 21:30 08.04.2020

Diaspor sədri Rövşən Tağıyev koronavirusa yoluxdu

Qaynarinfo diasporPress-ə istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub. 

Bu barədə BUA dan məlumat verilib. Məlumatda qeyd edilir ki, Rövşən Tağıyev özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.