Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, sənəd qəbulu zamanı V ixtisas qrupuna sənəd verməyən abituriyentlər ixtisas seçimi zamanı V qrup üzrə olan ixtisasları seçə bilməzlər:
"Subbakalavrların yerləşdirilməsi qaydasına əsasən, plan yerlərinə əvvəlcə abituriyentlər yerləşdirilir. Daha sonra subbakalavr arasında keçirilən müsabiqə əsasında onlar müvəffəqiyyət göstəricilərinə görə plan yerlərinə yerləşdirilirlər".
Şərhlər