Xəbər lenti

DİN dəhşətli qətllə bağlı məlumat yaydı
Ölkə 12:12 15.11.2013

DİN dəhşətli qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Astarada törədilən dəhşətli qətllə bağlı məlumat yayıb

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 14-də Astara rayonu Sığalonı kəndində, kənd sakini 83 yaşlı İsmayıl Qulamov ailə münaqişəsi zəminində 72 yaşlı Məhbubə Nuriyevaya əvvəlcə kəsici alətlə xəsarət yetirib, sonra odlu silahdan atəş açaraq onu və özünü öldürüb.
 
Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-20” markalı ov tüfəngi, 1 ədəd patron və 1 ədəd giliz götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->