DİN ermənilərlə mesajlaşan Nurlan Libreyə xəbərdarlıq etdi

DİN ermənilərlə mesajlaşan Nurlan Libreyə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi sosial şəbəkə fəalı Nurlan Qəhrəmanlının (Libre) oktyabrın 29-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada döyülməsi ilə bağlı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, sosial şəbəkələrdən istifadə edən çoxsaylı vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək Nurlan Librenin sosial şəbəkələrdə erməni millətindən olan şəxslərlə mütəmadi əlaqə yaratmasıdan, dostluq qrupu təşkil edərək onların dövlətimiz barədə yazdıqları mənfi statusları bəyənib paylaşmasından narahatlıqlarını ifadə ediblər. Bu müraciətlərlə əlaqədar N.Qəhrəmanlı dünən polis idarəsinə dəvət edilib və izahatı alındıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

O, bundan sonra barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyini düşündüyündən qabaqdangəlmişlik edərək belə əsassız iddialar səsləndirib.

Nurlan Qəhrəmanlı bu gün Daxili İşlər Nazirliyinə dəvət olunub, müvafiq idarənin əməkdaşı tərəfindən izahatı alınıb və onun dünən polislər tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə iddiaları təsdiqini tapmayıb.

Nəzərinə çatdırılıb ki, vətəndaşların müraciəti əsasında aparılan bu araşdırmaların nəticəsində ona yalnız xəbərdarlıq edilir. Eyni zamanda ona bir daha bildirilib ki, ölkəmizdə söz və mətbuat azadlığı tam təmin edilsə də, bundan sui-istifadə edərək xalqımız üçün çox həssas olan belə bir dönəmdə insanların narahatlığına səbəb olan, vətəndaşlarımızda qıcıq yarada biləcək yazıların yazılması, statusların paylaşılması qətiyyən yolverilməzdir. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR