Ölkə 15:42 09.02.2019

DİN-in idarə rəisinin müavini vəfat etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şükür Mehdiyev vəfat edib.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Ş.Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

DİN-in mətbuat xidmətindən "Report”a faktı təsdiqləyiblər.

Xatırladaq ki, Ş.Mehdiyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə 2015-ci ildə təyin edilmişdi. O, əvvəllər Şəmkir Rayon Polis İdarəsinin rəisi işləyib.