“Dini etiqad azadlığı haqqında” yeni qanunun müsbət və mənfi tərəfləri (ŞƏRH)

“Dini etiqad azadlığı haqqında” yeni qanunun müsbət və mənfi tərəfləri (ŞƏRH)

"Dini etiqad azadlığı haqqında” Qanuna edilən sonuncu əlavə və dəyişikliklər bir sıra sahələrdə dövlət nəzarətini gücləndirmək, belə demək olarsa, daha əvvəl tətbiq olunan qaydaların rəsmiləşdirilməsi xarakteri daşıyır”. 

Bu sözləri HİT.az dini mövzularda yazan jurnalist Kənan Rövşənoğlu "Dini etiqad azadlığı haqqında” Qanuna edilən son dəyişiklikıləri şərh edərkən deyib. Kənan Rövşənoğlu bildirib ki, burada bir neçə xüsusi diqqət cəlb edən və narazılıq doğuran məqamlar var: 

"Əsas müzakirə olunan məqam uşaqlarla bağlı olan hissə ilə əlaqədardır. Yeni düzəlişdə göstərilir ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Lakin eyni zamanda həmin maddədə valideynlərin uşaqları öz inancına uyğun tərbiyə vermək hüququ tanınınır. Bu maddədə məcburetmənin necə və kim tərəfindən təyin olunması açıq qalır. Bir çox insanlar narahatdır ki, bu maddədən çıxış edib uşaqların məscidə buraxılması qadağan oluna bilər”. 

Müsahibimiz qeyd edib ki, ziyarətlərin təşkili ilə bağlı məsələ müəyyən mənada bu sahədə nizam-intizam yaratmağa xidmət edir: 

"Çünki Həcc ziyarəti 2009-cu ildə mərkəzləşib və  Qafqaz Müsəlmanları İdarəsinə verilib. Amma digər ziyaərtlər, yəni Məşhəd (İran), Kərbəla (İraq)  ziyarətləri sərbəst idi, bir çox insanlar ziyarət səfərləri təşkil edirdi. Amma indi bu sahə müvafiq dini idarəyə veriləcək. Bu maddə bir tərəfdən yaxşı olsa da, digər tərəfdən mərkəzləşmənin məhdudiyyət və qiymət bahalaşmasına gətirəcəyi ilə bağlı narahatlıq var”.

Kənan Rövşənoğlu bildirib ki, yeni dəyişiklikdə din xadimlərinin seçkili orqan və dövlət vəzifələrinə seçilməsinə imkan yaradır: 

"Daha əvvəl din xadiminin dövlət vəsifəsi tutması və ya seçkidə iştirakı qadağan idi. Ancaq artıq din xadimləri də bu hüquqdan istifadə edə biləcək, amma dini vəzifəsindən istefa etmək şərti ilə”.
X
XƏBƏRLƏR
BLOGLAR