Dini ibadət yerlərində məhdudiyyətlər nə vaxt götürüləcək? (AÇIQLAMA)

Dini ibadət yerlərində məhdudiyyətlər nə vaxt götürüləcək? (AÇIQLAMA)

"Azərbaycanda pandemiya ilə əlaqədar müxtəlif tədbirlər məhdudlaşdırılıb, o cümlədən məscidlər, kilsələr, digər abidələrlə əlaqədar da Operativ Qərargahın təlimatı var".

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, pandemiyada yumşalma özünü göstərir, vaksinasiya sürətlə gedir: "Əgər Operativ Qərargah və xüsusi tibbi mütəxəssislər bununla əlaqədar qərarlarını versələr, bəzi məhdudiyyətlər qoyulmaqla bütün sahələrdə olduğu kimi, dini ibadət yerlərində də məhdudiyyətlər aradan qalxacaq. Bunlar bütövlükdə şəraitdən, pandemiya dövründə gedən prosesdən asılıdır. Bununla bağlı irəliləyişlər görülməkdədir. Əgər irəliləyişlər nəticə versə, həm dini ibarət yerlərində ziyarətlərin müəyyən şərtlər daxilində davam etdirilməsi, həm də toy və yas mərasimləri istiqamətində addımlar atılacaq. Bütün bunlar Operativ Qərargahın sərəncamında olan məsələlərdir. Qərargah isə bütün bu məsələləri pandemiya ilə əlaqədar yaranmış şəraiti nəzərə alaraq qəbul edir".

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR