Ölkə 11:08 26.03.2019

"Diqlas"dakı yanğında xəsarət alan olubmu? (AÇIQLAMA/YENİLƏNİB)

Bakıda ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yaralanıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əli yaralanan şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.

6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi report-a bildirib ki, yanğında ümumilikdə 10 nəfər zəhərlənib.
 
**** 
Xəbər verdiyimiz kimi səhər saatlarında 8-ci kilometr bazarının yaxınlığında yerləşən Diqlas Ticarət Mərkəzində güclü yanğın olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yanğın zamanı xəsarət alnların olub olmaması ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisinin sözlərinə görə yanğın zamanı xəsarət alan və ya zəhərlənən olmayıb:

"Hadisə yerində 6 briqadamız var. Heç bir tələfat yoxdur. Zəhərlənmə ilə əlaqədar təcili yardıma müraciət edən olmayıb".

Çingiz Səfərli