Texnologiya 19:00 07.06.2018

Diqqətli olun: fotolarınızdan biometrik parametrləriniz toplana bilər

Aparılan son araşdırmalar sosial şəbəkələrdəki fotoşəkillərdən biometrik parametrlərin toplana biləcəyini göstərir. 

Şəxsi təhlükəsizliyimizi təmin etmək üçün artıq smartfonlarımıza barmaq izimizi skan edərək şəxsiyyətimizi təsdiq edən əhəmiyyətli biometrik parametrləri rəqəmsal mühitdə paylaşırıq. Bununla da istənilən insana biometrik parametrlərimizi əldə etmə şansı yaradırıq. 

Ancaq yenə də indiki dövrdə istehsalçılara bu mövzuda istehlakçılar olaraq etibar etməkdən başqa çarəmiz yoxdur. Lakin son dövrdə aparılan bir araşdırma ən kiçik detalın belə biometrik parametrlərimizi tanıya biləcəyini göstərir. 

ABŞ universitetlərindən birində aparılan araşdırmada 20 nəfərlik bir araşdırma qrupunun gördüyü işlərdə könüllü insanlar müxtəlif tənzimləmə proqramlarıyla əsl fotoşəkillər üzərində çalışıb. Fotoşəkillər üzərində müxtəlif işlər görülərək onların 3 ölçülü modelləndiyini və bəzi xüsusi effektlərlə normal fotoşəkillərdən tam olaraq biometrik parametrlərimizin kopyalana biləcəyi müəyyən edilib. 

Qeyd etdiyimiz kimi, bütün bu təhlükəsizlik üsulları şəxsi məlumatlarımızı gizləməyə kömək etsə də, əslində biometrik kodlarımızın hər kəslə paylaşılmasına və əlçatan olmasına gətirib çıxarır.