Ölkə 22:51 16.09.2021

Dirijor Nizami Məmmədov vəfat etdi

Azərbaycanın əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov vəfat edib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, o, 74 yaşında dünyasını dəyişib.

Nizami Məmmədov eyni zamanda Naxçıvanda ilk estrada orkestrinin qurucusudur, uzun illər pedoqoji fəaliyyətlə də məşğul olub.

Allah rəhmət eləsin!