Dollar kəskin ucuzlaşacaq? – İqtisadçı deputat suala cavab verdi (VİDEO)

Dollar kəskin ucuzlaşacaq? – İqtisadçı deputat suala cavab verdi (VİDEO)

"Dolların kəskin ucuzlaşması gözlənilmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun fikrincə, dolların ucaşlaşacağı ilə bağlı məlumatlar həm FED-in qərarı, həm də Amerika Birləşmiş Statlarındakı, xüsusən də yeni prezidentin andiçmə mərasimindəki siyasi gərginliklə bağlı olub:
 
 

"Əslində, biz son dövrlər dolların səbət valyutaya nisbətən məzənnəsinin aşağı düşməsinin  müşahidə etmişik. Və xüsusən də dolların avroya nisbətən məzənnəsində son aylar hiss olunan azalmalar müşahidə olunur. Əgər bir müddət öncə bir avro almaq üçün 1 dollar 8 sent ödəmək lazım idisə, hazırda bir avro almaq üçün 1 dollar 22 sent ödəmək lazımdır. Praktik olaraq bu da dolların avroya nisbətən məzənnəsindəki azalmalardan xəbər verir. Amma bütün hallarda dolların kəskin ucuzlaşması gözlənilmir. Səbət valyutalarına nisbətən dolların məzənnəsindəki kəskin azalmalar gözlənilən deyil. Çünki nəzərə alaq ki, bu gün dünyada yığımların 60%-dən çoxu dolların payına düşür. Yenə də strateji məhsullar dollarla satılır. Bu baxımdan dollara tələb qlobal bazarda yüksək olaraq qalmaqdadır”.

Vüqar Bayramlı qeyd edib ki, Azərbaycanda da Mərkəzi Bankın hədəfi manatın mövcud məzənnəsini qoruyub saxlamaqdır:

"Və Mərkəzi Bank bununla bağlı açıqlamalar verib. Eyni zamanda manatın dollara nisbətən möhkəmlənməsi ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı açıqlamalar verilməyib. Parktiki olaraq valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq, biz Azərbaycan valyuta bazarında dolların ucuzlaşacağını gözləmirik. Əksinə, dekabr və yanvar ayında təbii ki, mövsümi səbəblərdən ənənəvi faktorlardan dollara tələb atıb. Mərkəzi Bank bu tələbi yanvarın sonu, fevralın əvvəlində balanslaşdırmağa çalışacaq. Bu baxımdan Mərkəzi Bank üçün hədəfin manatın möhkəmlənməsi deyil, manatın mövcud məzənnəsini qoruyub saxlamaq olduğuna görə biz Azərbaycan valyuta bazarında dolların ucuzlaşaçağını gözləmirik”.

Qeyd edək ki, dolların kəskin ucuzlaşacağı ilə bağlı məlumatlar yayılıb. Bunu "Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib. Nəşrin bildirdiyinə görə, Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır.

"National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR