Xəbər lenti

Doğum ləkəsi qorxuludurmu?
Sağlamlıq 21:55 30.11.2017

Doğum ləkəsi qorxuludurmu?

Bəzi uşaqların müxtəlif nahiyələrində anadangəlmə qəhvəyi rəngdə ləkələr olur.  Bunlar adətən doğum ləkəsi adlanır və xüsusi diqqət yetirilmir. Lakin mütəxəssislər ləkələrin müəyyən nüansların xəbərçisi oduğuna diqqət çəkib.

Medicina.az xəbər verir ki, həkimlər belə ləkələrin sayının 6-dan artıq olduğu təqdirdə vaxt itirmədən nevroloqa müraciət edilməli olduğunu deyir. Məlumata görə, ləkələr genetik xəstəliklərdən xəbər verə bilər.

Türkiyənin Bursa şəhərində yaşayan 16 yaşlı Melis Bilgi Nevrofibromatozis adlanan xəstəliyə tutulub. Onurğasında və sağ çiynində yaranan şişlər əməliyyat vasitəsilə götürülüb. Üsküdar universiteti, NPİstanbul Beyin xəstəxanası beyin və sinir cərrahı Kaya Aksoy tərəfindən müalicə edilən Melisin beynində böyüməyə səbəb olan hidrosefali adlanan şiş də endoskopik cərrahi üsulla götürülmüşdü.

Sinirlərin fəaliyyətinə mane olan sözügedən xəstəlik vücudun müxtəlif nahiyələrində şişlərin böyüməsinə səbəb olur. Cərrah Kaya Aksoyun sözlərinə görə, bu, çox rastlanmayan nadir xəstəliklərdən hesab edilir:

"İlkin olaraq qusma, başağrısı, bulantı kimi əlamətlərlə üzə çıxır. Genetik xəstəlik sayılır və ailədən keçə bilər. Bədəndə olan ləkələr də bu xəstəliyin əlmətlərindəndir. Adətən uşaqlarda rast gəlinir. Uşağın vücudunda 6 və daha çox 1,5 sm-lik və ya daha böyük (yeniyetməlikdən sonra) ya da  0,5 sm və daha böyük (yeniyetməlikdən öncə) qəhvə rəngində ləkə varsa, bu, xəstəliyə tutulmaq riskini yüksəldir. Ən əsas göstərici budur. Doğum ləkəsi deyib yola verilməməlidir”.
 
Şişlərin əməliyyatla alınsa da bəzən təkrarlanma riskinin olduğunu bildirən Aksoy vücudun müxtəlif nahiyələrində bu şişlərin çıxmaq ehtimalını vurğulayıb:
 
"Bəzən gözdə, bəzən qulaqda….

Xəstəliyin 1 və 2 tip formaları var. Bu formaların bəzisində şiş beyində çıxır. Bəzilərində qollarda, ayaqlarda və s., bəzən eşitmə sinirləri tərəfdə çıxdığı üçün karlaşma yarada bilər . Buna görə maksimum tez diaqnoz qoyulmalı və əməliyyat etdirilməlidir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->