Ölkə 10:13 08.10.2019

Doğuş zamanı daha bir körpə öldü

Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 19 yaşlı Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.