"Qalatasaray"ın qolçu oyunçusu Türkiyədəki Gezi Parkı aksiyalarına dəstək verdi.
Fil dişi Sahilili Didier Droqba Taksimdə yaşanan hadisələrə görə olduqca kədərli olduğunu söylədi.
Droqba "Bu an İstanbulda olan hadisələr çox kədərlidir. Ümid edirəm hər şey qaydasına düşər. Qəlbim sizinlədir", deyib.
Qeyd edək ki, İstanbulda Taksim meydanın arxasındakı Gezi parkında ağacların kəsilməsinə etiraz edən milyonlarla insanla polis arasında gərginlik artıq 30 saatdır davam edir.
İdman24.az
Şərhlər