Ölkə 16:39 27.10.2021

DSMF-nin büdcəsi 161 milyon manat artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi məlum olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu, "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 306,77 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 160,74 milyon manat və yaxud 3,1% çoxdur.

Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 5 146,03 milyon manat proqnozlaşdırılıb.