DTX Neftçalada nəyi araşdırır? - Tutulanların siyahısı və detallar

DTX Neftçalada nəyi araşdırır? - Tutulanların siyahısı və detallar

Dünən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrə rəhbərlik edən şəxsləri isə İcra Hakimiyyətinin binasında dindirilir.

Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.

Məlumata görə, dindirilmə, əsasən, rüşvət faktları ilə bağlıdır. Bu istiqamətdə dünəndən bəri bir sıra şəxslərin izahatları alınıb.

Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.

Məsələ ilə bağlı əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.

Dünən onun tutduğu vəzifədən azad edilməsi ilə bağlı prezident sərəncam imzalayıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR