Dünya 09:47 07.06.2019

Dubayda turistləri daşıyan avtobus qəzaya uğradı: azı 17 ölü var

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, Omandan qayıdan 31 nəfəri aparan nəqliyyat vasitəsi metro stansiyasının yaxınlarında lövhəyə çırpılıb. Hadisə 17 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnib.

Qəza ilə əlaqədar istintaq prosesi başlanıb.

Gülşən