İdman 12:12 21.10.2021

Dünya çempionumuz 3-cü dəfə universitetdə təhsil alacaq

Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti dəfə universitetə qəbul olub.
 
Qaynarinfo xəbər verir ki, Çunayev bu haqda şəxsi instaqram səhifəsində yazıb. Çunayev Dövlət İdarəçilik Akdemiyasına qəbul olub. Bu çempionumuzun 3-cü təhsili olacaq. 
 
O. paylaşımında bunları yazıb:

"Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.

İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir".
 
Rəsul buna qədər ADBTİA və BDU-da da təhsil alıb. 
 


Səbuhi Həsənov