Cavid Ramazanovun "Yol” kitabının təqdimatı baş tutub.
Qaynarinfo xəbər verir ki, Kitab "Alatoran” nəşriyyatında 400 tirajla çap olunub. Təqdimatda gənc yazıçılar, jurnalistlər və yazıçının oxucuları iştirak edib.
Kiabın naşiri Rasim Qaraca gənc yazıçı və müasir Azərbaycan ədəbiyyatı haqqında çıxış etdi. Rasim Qaraca çıxışında gənc yazıçı haqqında müsbət fikirlərini qeyd etməklə yanaşı, Azərbaycan ədəbiyatının dünya ədəbiyyatı səviyyəsinə qalxa bilməməsindən danışdı. Sonda o, hər kəsi kitabı oxuduqdan sonra müzakirə etməyə dəvət etdi.
Cavid Ramazanov gəldiyi üçün hər kəsə təşəkkür etdikdən sonra yazdığı kitab haqqında fikirlərini oxucuları ilə bölüşdü. Yazarın sözlərinə görə, o yaradıcılığına "Alma” qəzetində başlayıb və onun yazıçı olmağına təkan da Zahir Əzəmətdən gəlib:
"İlk publisist yazılarım "Alma”da dərc olunub. Həmin vaxtlar Zahir Əzəmət məni yaradıcı olduğuma inandırdı. Yazmağa başladım, amma alınmadı. Daha sonra Ülviyyə Həsən və başqa bir dostumla "Bulvar”da gəzirdim, o mənə dedi ki, Cavid sən yazmalısan. Bundan sonra mən yenidən yazmağa cəhd etdim, bu dəfə də alınmadı. Həmin vaxtlar 23 yaşım var idi. Sonra mən bədii ədəbiyyatla yanaşı, elmi əsər və məqalələr oxudum. Düşünürəm ki, mənim bu kitabı nəhayət yazmağıma kömək etdi. Bu hekayələr artıq püxtələşib”.
Yazıçı kitabın adının hər kəs tərəfindən narazıçılıqla qaşılanmasına baxmayaraq, bu adın hekayələrin hər birinə aid olduğunu deyir:
"Biz hər birimiz yoldayıq və mənim hekayələrimin qəhrəmanlarının özünə məxsus şəkildə bu yolu getdiyinin fərqinə varacaqsnız”.
Daha sonra yazar "Qış” hekayəsindən bir parça oxdu.
Cavid Ramazanov kitabı bacısı Səbinəyə həsr etdiyini bildirdi. Kitabın ilk cümləsi isə İmadəddin Nəsiminin qəzəlindən olan "Dünya duracaq yer deyil, ey can, səfər eylə” misrası ilə başlayır.
Lalə Niftaliyeva
Şərhlər