Video 18:24 06.01.2019

Dünya çempionatında Rusiya bayrağını unutdular (VİDEO)

Gənclər arasında keçirilən xokkey üzrə dünya çempionatında təşkilatçılar azarkeşlərə təşəkkür məqsədilə hazırlanan videoya Rusiya bayrağını daxil etməyi unudublar.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, sözügedən video yarışın "Twitter" səhifəsində yayımlanıb. 20 saniyəlik videoda çempionatda iştirak edən 9 ölkənin bayrağı nümayiş etdirilib, lakin yarışda Rusiya da daxil olmaqla 10 milli komanda çıxış edib.

Keçirilən yarışda birinci yeri Finlandiya, ikinci yeri ABŞ, üçün yeri isə İsveçrə və Rusiya tutub.