İdman 14:30 23.08.2013

Dünya futbolunun ilk kitabı - FOTO

Dünya futbolunun qaydalarını əks etdirən ilk kitab sərgiyə qoyulub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1863-ci ilə aid olan kitabda futbolun 13 qaydası əks olunub.

Kitab İngiltərə Futbol Federasiyasının (İFF) 150 illiyi münasibəti ilə "British Library"də sərgilənməyə başlayıb. Kitabda meydanın ölçüsü, küncdən zərbə, əllə oynama kimi bu gün də istifadə olunan qaydalar yer alıb.

Qeyd edək ki, bu kitabın 150 il öncə İngiltərənin ilk Futbol Federasiyasının prezidenti Ebenezer Cobb Morley tərəfindən yazıldığı bildirilir.

Qaynar.info