Dünyadakı bütün etiraz aksiyalarının və müqavimət hərəkatlarının ön sıralarında daim cəsur qadınları görürük. Kimisi demokratiya uğrunda, kimisi irqçiliyə qarşı, kimisi qadın hüquqları uğrunda mübarizələrdə qorxusuz kişilərin qarşısında dayanmağı bacarır. Etiraz aksiyalarından ən cəsur qadınların fotoları bir internet saytı tərəfindən seçilib. Həmin fotoları təqdim edirik.
Çili
Çilinin paytaxtı Santyaqoda 11 sentyabr 2016-cı ildə keçirilən demokratiya mitinqində cəsur bir qadın polislə üz-üzə
ABŞ
İeşia Evans 9 iyul 2016-cı ildə Alton Sterlinqin polis tərəfindən silahla öldürülməsinə qarşı Luizianayada keçirilən aksiyada polisə qarşı
İsrail
İsrailli bir qadın Təl Əviadəki aksiyada
İsveç
Maria-Teresa "Tess" Asplund adlı qadın 1 may 2015-ci ildə Borlange şəhərindəki bir neo-faşist mitinqində aksiyaçılara qarşı
Cənubi Koreya
24 aprel 2015-ci ildə Seulda hökumətə qarşı aksiyalar zamanı bir qadın yerdə oturaraq polislərin qarşısını kəsir
Belçika
Zakia Belxiri adlı qadın 2016-cı ildə Antverpdə müsəlmanları hədəfə alan aksiya zamanı selfie çəkir
İngiltərə
Birmingemdə Saffiyah Xan adlı qadın gülərək etiraz edir
İngiltərə
1963-cü ildə Qloriya Riçardson adlı qadın polisin silahını əli ilə itələyir
İsveç
Danuta Danielsson adlı qadın 13 aprel 1985-ci ildə çantası ilə neo-faşist gənci vurur
İngiltərə
Emmeline Panxurst 1914-cü ilin yanvarında Bukkingem sarayı önündə keçirilən aksiyada onu həbs edən polislərə müqavimət göstərir
Fransa
2012-ciildə Fransada homoseksual evliliklərə qarşı aksiyada öpüşən homoseksual qızlar
Türkiyə
2014-cü ildə İstanbul Kadıköydə məhəllə evinin polis tərəfindən bağlanmasına etiraz edən qadın polislərin önündə rəqs edərək etirazını bildirir
İsveçrə
16 yaşındakı məktəbli Lusie Mislikova neo-faşist aksiyaçılara qarşı
Polşa
15 iyun 2011-ci ildə polşalı qadınlar Varşava metrosunda aksiya keçirir
ABŞ
Katrina Svitzer adlı qadın 1967-ci ildə Boston Marafonunda iştirak edən ilk qadın olmaq üçün kişilərin bütün hücumlarına sinə gərir
ABŞ
Gənc amerikalı qadın 1969-cu ildə Vaşinqtonda Federal Ticarət Komissiyasının qərargahı önündə polislərin qarşısında qadın hüquqları üçün aksiya keçirir
Bolqarıstan
2013-cü ildə Bolqarıstanda bir qadın polisi aksiyaçılara güc tətbiq etməmək üçün dayandırmağa çalışır
ABŞ
Jane Kasmir adlı qadın 21 noyabr 1967-ci ildə Vyetnam müharibəsinə qarşı etiraz aksiyası zamanı polisə sülhü təmsil edən gül uzadır
İngiltərə
1910-cu ildə İngiltərədə qadınların səs hüququ üçın keçirdiyi aksiyada bir qadın
CAR
2016-cı ildə Zulayxa Patel adlı 13 yaşlı qız irqçi siyasətə etiraz edir
Türkiyə
2013-cü ildə İstanbuldakı Gəzi parkı aksiyaları zamanı bir qadın polisin aksiyaçıları dağıtmaq üçün istifadə etdiyi təzyiqli suyun qarşısında dayanır
ABŞ
21 sentyabr 2016-cı ildə Şarlottedəki aksiyalar zamanı yaralanan bir qadın yenə də polisin qarşısında dayanır
Makedoniya
Jasmina Qolubovska adlı qadın 2015-ci ildə Üskupdə hökumət binasının qarşısındakı aksiyada polisin qalxanından güzgü kimi istifadə edərək dodağına boya vurur və sonra qalxanı öpür
Aydın
Qaynarinfo.Az
Şərhlər