ABŞ mərkəzli "Global Firepower" təşkilatı tərəfindən dərc olunan 2025-ci il hesabatına görə, dünyanın ən güclü hava qüvvələrinə sahib ölkələr müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, siyahının zirvəsində aşkar fərqlə Amerika Birləşmiş Ştatları dayanır.
ABŞ 13043 döyüş təyyarəsi ilə siyahının lideri mövqeyindədir. Onu 4292 təyyarə ilə Rusiya, 3309 təyyarə ilə Çin və 2229 təyyarə ilə Hindistan izləyir.
Növbəti yerlərdə Cənubi Koreya (1,592 təyyarə), Yaponiya (1443), Pakistan (1399), Misir (1093), Türkiyə (1083) və Fransa (976) qərarlaşıb.
NATO daxilində də ən güclü hava qüvvələrindən biri kimi seçilən Türkiyə, xüsusilə PUA/SUA texnologiyası və müdafiə sənayesindəki irəliləyişləri ilə diqqət çəkir.
Aydın
Şərhlər