Foto 10:56 15.11.2017

Dünyanın ən təəccüblü kitabxanası (FOTO/VİDEO)

Kitab oxuyarkən çox az insan başqası tərəfindən izlənməyi sevir, amma bu halda istisnalar da mövcuddur.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Çində göz şəklində nəhəng kitabxana inşa edilib. "Binhayın gözü" adlı kitabxana Çinin Binhay əyalətində yerləşir. 34 min kv. metr sahəni əhatə edən nəhəng kitabxanada 1,2 milyon kitab saxlanılır.

Yuxarı mərtəbələrdə işgüzar görüşlərin keçirilməsi üçün xüsusi otaqlar, istirahət guşəsi, eyni zamanda audio və video materialların dinlənilməsi üçün geniş oxu zalları var.

Qeyd edək ki, sözügedən kitabxana Hollandiyanın MVRDV şirkəti ilə Çinin Tianjin Planlaşdırma və Layihə institutunun ortaq layihəsi əsasında tikilib. 5 mərtəbədən ibarət olan binanın inşası 3 il çəkib.

Qaynarinfo.Az