Azərbaycanın məşhur hakimi Tofiq Bəhramovun heykəli dünya futbolunun ən qəribə abidələri siyahısına daxil edilib.
ABŞ-ın nüfuzlu “Bleacher Report” nəşri Bəhramovun adını daşıyan stadionun qarşısındakı abidəyə belə reaksiya verib.
Nəşr 1966-cı il Dünya çempionatının finalında əlində bayraq tutaraq, meydanın kənarı boyunca özünəməxsus tərzdə yuxarı-aşağı qaçmasını xüsusi qeyd edib və abidənin orjinallığına diqqət yetirib. Müəllif Emma Bus yazır: “Bəhramov İngiltərə futbolundakı xidmətləri qarşılığında kraliça tərəfindən “Cəngavəri ordeni” ilə təltif olunsaydı, təəccüblənməzdim”.
Ən qəribə abidələr siyahısına məşhur kolumbiyalı futbolçu Karlos Valderrama, İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Aleks Ferqyuson və 2006-cı il Dünya çempionatının finalında Zinəddin Zidanın Marko Materatsiyə kəllə atdığı səhnə də düşüb (lent.az).
Şərhlər