Xəbər lenti

Düşmən cəbhədə təxribat törətdi, ordumuz hərəkətə keçdi (RƏSMİ)
Ölkə 12:19 03.04.2020

Düşmən cəbhədə təxribat törətdi, ordumuz hərəkətə keçdi (RƏSMİ)

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->