Düşmən kvadrokopteri məhv edildi (RƏSMİ)

Düşmən kvadrokopteri məhv edildi (RƏSMİ)

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - açıqlamada qeyd olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR