Düşmən ölkənin xüsusi xidmət orqanları dezinformasiyanın yayılması ilə məşğuldur (FOTOFAKT)

Düşmən ölkənin xüsusi xidmət orqanları dezinformasiyanın yayılması ilə məşğuldur (FOTOFAKT)

Bildiyiniz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Qazax-Tovuz hissəsinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək növbəti təxribata əl atıb.

Nəticədə ordumuz erməni təxribatçılarına layiqli və proporsional cavab verib. Düşmən xeyli canlı qüvvə və döyüş texnikasını itirərək geri çəkilib.

"MediaPost” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı və ölkəmizin digər xəbər agentlikləri döyüş əməliyyatının gedişatı, Azərbaycan Ordusunun itkiləri barədə operativ xəbərləri çatdırırlar. 

Ermənistan rəsmiləri isə hələ də susurlar. Onlardan fərqli olaraq, Azərbaycan tərəfi yerli və beynəlxalq KİV-ə lazımi məlumatları verirlər. 

Ermənistanın müvafiq strukturları uğursuz təxribatın nəticələrini gizlətmək, ölkədə vahimənin yayılmasının qarşısını almaq üçün dezinformasiya yaymaqla məşğuldur. Onlar bu addımı Nikol Paşinyanın siyasi arenada nüfuzunun daha çox düşəcəyindən və yerli əhalinin qəzəbinə səbəb olacağından qorxaraq atırlar.

Belə ki, erməni hakimiyyəti susmaqla yanaşı, hadisələri həm öz ölkəsində, həm də dünyada öz xeyrinə yozmağa çalışır. Sosial şəbəkələrin monitorinqi düşmən ölkənin xüsusi xidmət orqanlarının informasiya sahəsində geniş şəkildə dezinformasiyanın yayılması ilə məşğul olduğunu göstərir. 

Dezinformasiyanın əhatə dairəsi əsasən, Ermənistanın öz əhalisi və Azərbaycan vətəndaşlarıdır. 

Ermənistan Xüsusi Xidmət Orqanları rus dilində qısa video-çarxları "YouTube” kanalında paylaşaraq, öz yalanlarını MDB ərazisində yaymaqla məşğuldur.

Bunları nəzərə alaraq, ekspertlər yerli və xarici vətəndaşları KİV-də və sosial şəbəkələrdə yayılan yalan xarakterli informasiyalara inanmamağa, rəsmi dövlət qurumlarının verdiyi məlumatları izləməyə çağırır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR