Düşmən ordusunun silah anbarında partlayış baş verib, 12 nəfər ölən var.
"Qaynarinfo" femida.az-a istinadən xəbər verir ki, noyabrın 4-də işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən 12 nəfərin öldüyü və xeyli sayda yaralıların olduğu bildirilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.
Qaynarinfo.Az
Şərhlər