Sosial şəbəkələrdə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı düşmənə "cəhənnəm silahı” kimi tanınan TOS-1A "Solntsepyok” odsaçanından zərbə endirməsinə dair yeni görüntülər yayılıb.
Cənub cəbhəsində çəkildiyi təxmin edilən görüntülərə əsasən döyüşçülər düşmənin təpəlikdə yerləşən mövqelərinə termobarik başlıqlı raketlərlə zərbə endirib. Və kadr arxasından döyüşülərdən biri qışqırır: "Ora bax, qaçırlar, sağ tərəfi vur, sağ tərəfi...”
Bunun ardınca odsaçandan daha bir yaylım atəşi açılır və təpəliyin arxasında, düşmənin qaçdığı istiqamətdə böyük ərazi əsl cəhənnəm alovuna bürünür.
Virtualaz.org
Şərhlər