Xəbər lenti

Düşmənin atdığı “Smerç” Tərtərdə evi dağıtdı (FOTOLAR)
Foto 10:42 27.10.2020

Düşmənin atdığı “Smerç” Tərtərdə evi dağıtdı (FOTOLAR)

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini "Smerç”lə atəşinə tutub.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, düşmən tərəfindən atılan "Smerç” raketi şəhərin mərkəzi küçələrində yerləşən evlərin birinə düşüb.

Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->