Xəbər lenti

Dövlət qurumu icra başçısının şirkətini məhkəməyə verdi
Ölkə 14:27 16.05.2021

Dövlət qurumu icra başçısının şirkətini məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Caspian Fruit CO” MMC-ni məhkəməyə verib.

Qaynarinfo HİT.Az-a istinadən xəbər verir ki, dövlət qurumunun iddiası artıq icraata götürülüb. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.

"Caspian Fruit CO” MMC 2003-cü ildən fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Abdullayev Əkbər Həsən oğludur. Mediada yayılan məlumatlara görə, Əkbər Abdullayev proxy fiqurdur. Şirkətin əsl sahibi isə Salyanın icra başçısı Sevindik Hətəmovdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->