Döyüş postunda daha bir erməni əsgər ölüb.
Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, 2000-ci il təvəllüdlü müddətli hərbi qulluqçu Amik Vardanyanın meyiti hərbi hissələrdən birinə məxsus döyüş postunda tapılıb.
Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.
Şərhlər