Dünya 10:55 02.08.2018

Ebola virusu 20 nəfərin həyatına son qoydu

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində 28 iyuldan bəri ebola virusundan 20 ölüm faktı qeydə alınıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, virusun 24 iyulda sona çatdığı açıqlanmışdı. Ümumilikdə 26 ebola yoluxması qeydə alınıb, onlardan 20-si dünyasını dəyişib. Konqoda daha əvvəl 54 yolunma hadisəsi baş vermiş, onlardan 33-ü ölümlə nəticələnmişdi. 

Qeyd edək ki, Afrikada 2014-cü ildən bəri müşahidə edilən virus 10 mindən çox insanın ölümünə səbəb olub.

Gülşən