Dünya 12:16 15.10.2018

Eboladan ölənlərin sayı 100-ə çatdı

Konqo Demokratik Respublikasında ebola səbəbilə ölənlərin sayı 100 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, Şimali Kivu əyalətində qeydə alınan epidemiya sayı 176-dır. Son 2 gündə 10 nəfər vəfat edib. Virusa yoluxandan sonra sağalanların sayı isə 55 nəfərdir. 

Qeyd edək ki, 8 avqustdan bəri ebola əleyhinə təşkil edilən aksiyada 17 min nəfərə peyvənd vurulub.

Gülşən