Dünya 14:58 30.08.2017

Əcaib canlılar hamını qorxuya saldı (FOTO/VİDEO)

Uelsin Qaller bölgəsində sahildə görünən canlı və Tayvanda hörümçəyəbənzər əcaib varlıq insanların təəccübünə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Uelsdə sahildə iri canlını görən insanlar bunu təəccüblə qarşılayıb və şəklini sosial mediada paylaşıblar. Üzəri qaya midyəsi ilə örtülü olan canlıdan qurdcuqların çıxdığı deyilir. Daha sonra isə açıqlama verilib ki, bu sadəcə midyə ilə örtülmüş odun parçasıdır.

Tayvanda isə sapı xatırladan və hərəkət edən canlı hamını qorxuya salıb. Bu varlığa yadplanetli heyvan adı verənlər belə tapılıb.

Canlının bir növ soxulcan olduğu iddialar arasındadır.

Gülşən

Qaynarinfo.Az