Dünya 12:58 05.08.2018

Əfqanıstanda 3 NATO əsgəri öldürüldü

Əfqanıstanda NATO əsgərlərini hədəf alan terror hücumu təşkil edilib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, ölkənin şərqində baş verən hadisədə 3 NATO əsgəri həlak olub. Onlardan 1-i ABŞ, digər 2-si Əfqanıstandandır. 

Teraktın Taliban tərəfindən törədildiyi iddia edilir.

Gülşən