Əhalinin gözlədiyi qərar - Dövlət bu borcları silə bilər (VİDEO)
Evlərinə istilik verilmir, amma adlarına xeyli borc yazılıb. Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsindəki binanın sakinləri mövcud vəziyyətdən narazıdırlar.
Qaynarinfo xəbər verir ki, sakinlərdən biri "Xəzər TV"yə bildirib ki, mənzilində 7-8 il istilik olmasa da adına 170 manat borc yazılıb.
Sakinlər istiliyə olan borclarının silinməsi üçün adiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər