Xəbər lenti

Əhaliyə şad xəbər: Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq (VİDEO)
Ekonomiks 12:03 21.04.2024

Əhaliyə şad xəbər: Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq (VİDEO)

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

İkiqat vergitutmanın aradan qaldırılması Türkiyədən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olacaq. 

İqtisadçı Eyyub Kərimli Baku TV-yə bildirib ki, qanunun qüvvəyə minməsi iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə imkan yaradacaq: "İkiqat vergitutma qiymətlərin bahalaşmasına səbəb olurdu. Bunun aradan qaldırılması Türkiyədən Azərbaycana idxal olunan məhsullarda qiymətə təsir göstərəcək". 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->