Xəbər lenti

Çəhrayı şort geyinməyin, fala baxdırmağın qadağan olduğu ölkə (FOTOLAR)
Foto 09:14 18.11.2017

Çəhrayı şort geyinməyin, fala baxdırmağın qadağan olduğu ölkə (FOTOLAR)

Bir qitə ölkəsi olan Avstraliyada bir-birindən ilginc qadağalar var. "Qaynarinfo" ölkədəki ən ilginc 5 yasağı təqdim edir.

1. Bazar günü çəhrayı şort geyinmək qadağandır
 


Viktoriya ştatında bazar günləri çəhrayı şort geyinmək qadağandır. Bu qadağa yalnız bazar günləri günortadan sonra keçərlidir.

2. Fala baxdırmaq cinayətdir
 


"Vagrancy Act 1966" qanununun 13-cü maddəsinə əsasən Avstraliyada fala baxdıranlar və gələcəklə bağlı proqnoz verənlər cinayət məsuliyyəti daşıyır.

3. Yağış buludu yaratmaq qadağandır
 


Avstraliyada 1967-ci ildə Yağış Yaratma Nəzarət qanunu qəbul edilib. Həmin qanuna əsasən, səlahiyyəti olmayan şəxslərin yağış buludu yaratmaq cəhdləri cinayət hesab edilir və cəzalandırılır.

4. Oğru girən evə girmək olmaz
 


"Vagrancy Act 1966" qanununa əsasən Avstraliyada oğru girmiş evin yaxınına gedənlər və içərisinə girənlər 1 il azadlıqdan məhrum edilir. bu qadağanın insanların öz evlərinə aid olub-olmadığının izahı yoxdur.

5. Üzgüçü paltarı olmadan bu məkana girmək olmaz
 


Melburn şəhərindəki "Brighton Beach"ə üzərinizdə boynunuzdan dizinizə qədər bədəninizi örtən üzgüçü paltarı olmadan girməka qadağandır.

Aydın
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->