AMEA-nın Zoologiya İnstitutu ziyanvericilərə qarşı mübarizə üsullarını araşdırır.
Trend-in məlumatına görə, İnstitutun Tətbiqi zoologiya mərkəzinin əməkdaşları Ağsu Təcrübə Dayaq Məntəqəsindəki istixanalarda yetişdirilən tərəvəz bitkilərinin ziyanvericiləri və onların entomofaqları üzərində tədqiqatlar aparırlar.
Məqsəd istixana şəraitində yetişdirilən bostan bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə kimyəvi üsulları minimuma endirmək, ekoloji təmiz məhsul almaq üçün bioloji resurslardan maksimum istifadə etməkdir.
Hazırda mərkəzin əməkdaşları tərəfindən istixana şəraitində ekoloji təmiz məhsulun yetişdirilməsi üçün bioloji mübarizə metodları işlənib hazırlanır.
Şərhlər