Dünya 11:37 24.01.2022

Eks-qubernatora məhkəmədə qalib gələn jurnalist güllələndi

Aşağı Kaliforniya ştatının keçmiş qubernatoruna məhkəmədə qalib gəldiyini yazan meksikalı jurnalist Lourdes Maldonado Tixuanadakı evinin yaxınlığında güllələnib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Sol de Tijuana” yerli nəşri yayıb.

İlkin məlumata görə, jurnalist evinə avtomobillə gələn zaman hücuma məruz qalıb. Bir neçə KİV qadının başından güllələndiyini yazır.

Nəşrin məlumatına görə, Maldonado ötən həftə bildirib ki, 9 illik məhkəmə çəkişməsindən sonra o, şirkətində işlədiyi keçmiş Aşağı Kaliforniya qubernatoru Xayme Bonilla Valdesə qarşı əmək məhkəməsində qalib gəlib. O, həmçinin keçmiş əyalət baş prokuroru, Valdezin vəkili Gillermo Ruiz Hernandezi vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə ittiham edərək məhkəməyə verib.
  
Alpər