Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kadr dəyişikliyi həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, Elçin Cəfərov universitetin mətbuat katibi vəzifəsindən istefa verib:
"İşdən uzaqlaşmağımın yeganə səbəbi vaxt məhdudiyyəti və öz peşəmə, elmi və pedaqoji fəaliyyətimə daha çox diqqət ayırmaq istəyimlə bağlıdır. ADMİU-dakı fəaliyyətimi Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyəm”.
Elçin Cəfərov universitetin mətbuat katibi vəzifəsinə Şahanə Müşfiqin təyin olunduğunu deyib.
Bahar Rüstəmli
Şərhlər