Ölkə 11:58 24.09.2020

Elçin Cəfərov istefasının səbəbini açıqladı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kadr dəyişikliyi həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, Elçin Cəfərov universitetin mətbuat katibi vəzifəsindən istefa verib:

"İşdən uzaqlaşmağımın yeganə səbəbi vaxt məhdudiyyəti və öz peşəmə, elmi və pedaqoji fəaliyyətimə daha çox diqqət ayırmaq istəyimlə bağlıdır. ADMİU-dakı fəaliyyətimi Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyəm”.

Elçin Cəfərov universitetin mətbuat katibi vəzifəsinə Şahanə Müşfiqin təyin olunduğunu deyib.

Bahar Rüstəmli